Tillerson: "Suriyada yenidən kimyəvi silahdan istifadə edilməsinə imkan verməyəcəyik"

Tillerson: "Suriyada yenidən kimyəvi silahdan istifadə edilməsinə imkan verməyəcəyik"
# 11 aprel 2017 13:13 (UTC +04:00)

ABŞ Suriyada kimyəvi silahdan yenidən istifadə edilməsinə imkan verməyəcək.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, ABŞ kimyəvi silahın İŞİD-in əlinə keçməsinə də imkan verə bilməz.

 

Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-nə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR