Ermənistanda 10 polkovnik ehtiyata göndərilib

Ermənistanda 10 polkovnik ehtiyata göndərilib
# 09 avqust 2016 09:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli 10 zabiti ehtiyata göndərilib.

APA-nın məlumatına görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan əmr imzalayıb.

Prosesin Ermənistan Müdafiə Nazirliyində aparılan kadr islahatları çərçivəsində gerçəkləşdirildiyi deyilir. Ehtiyata göndərilənlərin hamısı polkovnikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR