Xodorkovski İnterpol xətti ilə beynəlxalq axtarışa verilib

Xodorkovski İnterpol xətti ilə beynəlxalq axtarışa verilib
# 11 fevral 2016 08:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, cinayət işin materialları ilə yaxından tanış olan mənbə bildirib ki, Xodorkovski Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun ölümündə təqsirli bilinir.

İnterpolun Rusiya bürosu Baş Prokurorluq və İstintaq Komitəsindən daxil olmuş materiallar əsasında Xodorkovskini beynəlxalq axtarışa verib. Müvafiq qərar İnterpolun Lion şəhərindəki mərkəzi ofisinə göndərilib. Mənbə bildirib ki, mərkəzi ofisdə sorğuya baxıldıqdan sonra Xodorkovski axtarışda olunan şəxslər siyahısına daxil ediləcək.

Ötən ilin dekabrında Rusiya İstintaq Komitəsi Xodorkovskinin Nefteyuqansk merinin ölümü ilə bağlı barəsində həbs qərarı çıxarıldığını və beynəlxalq axtarışa verildiyini açıqlayıb. İstintaqın versiyasına əsasən 1998-ci ildə o, əməkdaşlarına V. Petuxov və iş adamı Evgeniy Rıbinin qətlini sifariş edib. M. Xodorkovski irəli sürülən ittihamları qəbul etməyib.

Xatırladaq ki, YUKOS-un sabiq rəhbəri 10 illik həbs həyatından sonra 2013-cü ildə əfv edilib. Ardınca o, ölkəni tərk edib və İsveçrədə yaşamaq üçün icazə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR