Tiflisdə Azərbaycanın Dövlət Müstəqillik Günü qeyd olunub - FOTO

Tiflisdə Azərbaycanın Dövlət Müstəqillik Günü qeyd olunub - <span style="color: red;">FOTO
# 18 oktyabr 2014 18:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzinin (BHƏDM) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 23 illiyi qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə muzeyin direktoru Leyla Əliyeva və BHƏDM-nin sədri Vüsal Bayramov çıxış ediblər. Sonra tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib. Tədbirdə Gürcüstan Humanitar və İncəsənət Akademiyasının prezidenti, parlament üzvü Demuri Başeleişvili, Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitə sədri, parlamentin deputatı Qubad Sanikidze, Azərbaycanın DİN-nin sabiq müavini Həmid Cəfərov, Gürcüstanda fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, sabiq parlament üzvü, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Teatrının əməkdaşı Hidayət Hüseynov və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan ölkələrinin tarixi dostluğundan, ölkələrimizin bir-birinə arxa olmağından, irimiqyaslı layihələrin Gürcüstandan keçməsində Azərbaycan dövlətinin rolundan, iki dövlətin strateji əməkdaşlığından, Azərbaycan-Gürcüstan münasibətlərinin indi də geniş şəkildə inkişaf etdirilməsindən danışılıb. Müstəqilliyə həsr olunan tədbirdə Azərbaycan-Gürcüstan dostluğunun alternativi olmadığı bildirilib. Qeyd olunub ki, ölkələrimizin siyasi-iqtisadi əlaqələri daha da inkişaf edir.

 

Tədbirin sonunda Azərbaycan dövlət müstəqilliyinin bərpasının 23 illiyinə həsr olunan görüş iştirakçılarına BHƏDM-nin diplomları təqdim olunub.

 

Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Gürcüstanın barışıq və vətəndaş inteqrasiyası məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə nümayəndəsi Zaur Darğallı və Gürcüstan parlamentinin üzvləri, Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən şirkət nümayəndələri, gürcü və ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, jurnalistlər iştirak edib.

 

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitə sədri, parlamentin deputatı, tarix elmləri doktoru Qubad Sanikidze APA-ya açıqlamasında Azərbaycanın müstəqillik gününü gürcülər də bayram kimi qeyd etdiyini bildirib: "Bu gün bizim üçün də bayramdır. Bu gün dünyada baş verən mənfi hadisələr bizə bildirir ki, biz strateji, siyasi-iqtisadi, həm də mədəni sahələrdə bir olmalıyıq. Biz emosiyalarımızdan yüksəkdə olmalıyıq. Biz bilmirik ki, sabah başımıza nələr gələcək. Gürcüstan və Azərbaycanın min illər davam edən dostluq əlaqələri nəsillər davam etdikcə inkişaf etməlidir. Çünki bizim qohumluq əlaqələrimiz də var. Tarixdən bəllidir ki, gürcü çarı ilə Şirvanşahlar hökmdarının əlaqəsi möhkəm olub və siyasi və mədəni əlaqələrimiz tarixən gücləndirilib. Bu gün qarşımızda bir məqsəd var - təhlükəsizliyimizi qoruyaraq bir olmaq. Bu, bizim alnımıza yazılıb", deyə Q. Sanikidze vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR