Bilik Fondu Qafqaz Universitetində mühazirə təşkil edib

Bilik Fondu Qafqaz Universitetində mühazirə təşkil edib
# 18 fevral 2016 12:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qafqaz Universitetində mühazirə təşkil edib. APA-nın məlumatına görə, mühazirə “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində baş tutub.

Tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və etnoqrafiya İnstitutunun “Çöl tədqiqatları” sektorunun müdiri Təvəkkül Əliyevin “Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik” mövzusundakı mühazirəsi Azərbaycan albanşünaslarının uğurlarını, Qafqaz Albaniyasının öyrənilməmiş səhifələrini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyıb.

Mühazirəçi Qafqaz Albaniyasının antik yaşayış məskənləri haqda maraqlı faktlar göstərərək qeyd edib ki, antik müəlliflər - Strabon, Böyük Plini, Ptolomey, Dion Kassi və başqaları əsərlərində Qafqaz Albaniyasının qədim yaşayış məskənləri haqda məlumat veriblər. Strabon iki, Ptolemey 29 alban şəhərinin adını çəkib, Böyük Plini isə Albaniyanın baş şəhərinin Qəbələ (Kabalaka) olduğunu göstərərək qeyd edib ki, bu şəhərlər inzibati, mədəni, ideoloji və iqtisadi mərkəzlər kimi ölkənin və xalqın sosial-iqtisadi həyatında mühüm rol oynayıblar.

Mövzu ətrafında geniş müzakirələr aparılıb. Suallara ətraflı cavab verən T.Əliyev sonda Bilik Fondunun “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində aparılan tədbirlərin əhəmiyyətliyini vurğulayaraq, bu tarixin araşdırılmasında həllini gözləyən məsələlərin hələ də çox olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR