Bakıda 2 otaqlı, Kürdəmirdə isə 3 otaqlı ev yanıb

Bakıda  2 otaqlı, Kürdəmirdə isə 3 otaqlı ev yanıb
# 24 yanvar 2016 04:15 (UTC +04:00)

Bakı-APA. Bakı və Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtda yanğın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Kürdəmir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəlı 3 otaqlı evdə baş vermiş yanğın nəticəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR