Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə aparılacaq

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə aparılacaq
# 31 avqust 2016 11:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 3-5 sentyabr tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.

Qeyd olunub ki, əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcək: “Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR