Qüdrət Həsənquliyev: "Mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik"

Qüdrət Həsənquliyev: "Mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik"
# 19 iyul 2016 10:59 (UTC +04:00)

Bakı-APA. "Düşünürəm mövcud dəyişikliklər daha çox xarici faktorlardan qaynaqlanır. Dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur, Azərbaycanı, Ermənistanla danışıqlar uğursuzluğa səbəb olarsa, qanlı savaş gözləyir. Görünür iqtidar bu çağırışlara hazır olmaq və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür".

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təklifləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə şərh edən sədr, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev daha bir dəyişiklik də təklif edib: "Türkiyədə yaşananlar onu göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır. Çünki həmin vaxt parlamentin iclasını çağırmaq mümkün olmaya bilər. Ona görə dəyişiklik edilərkən 95.16 və 109.28-cu maddələr Konstitusiyadan çıxarılmalıdır".

O bildirib ki, layihəyə əlavə təkliflərini də yaxın vaxtlarda açıqlayacaq: "Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərəfdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR