Ağstafada “NazLifan” divara çırpılıb, ölən var

Ağstafada “NazLifan” divara çırpılıb, ölən var
# 07 yanvar 2016 17:17 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada avtomobil divara çırpılıb, ölən var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Oruc Telman oğlu Əliyev idarə etdiyi “NazLifan” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan divara çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR