Avropa Komissiyası: DESFA-nın özəlləşdirilməsi məsələsi həllini tapıb

Avropa Komissiyası: DESFA-nın özəlləşdirilməsi məsələsi həllini tapıb
# 25 yanvar 2016 09:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "SOCAR tərəfindən Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-nın özəlləşdirilməsi məsələsi demək olar ki, öz həllini tapıb. Danışıqlar gedir, hal-hazırkı mərhələdə narazılıqla bağlı heç bir səbəb yoxdur".

"APA-Economics"in verdiyi xəbərə görə, bunu “EurActiv” agentliyinə müsahibəsində Avropa Birliyinin energetika məsələləri üzrə komissarı və vitse-prezidenti Maroş Şevşoviç deyib.

"Düşünürəm ki, DESFA o vaxt artıq özəlləşdirilməyə, SOCAR isə investisiya yatırmağa hazır idi. Avropa Komissiyası bazarın cari və gələcək vəziyyətini araşdırır ki, bütün sahələrdə müvafiq rəqabətin olduğuna əmin olsun. Buna görə də, SOCAR-ın hansı paya sahib olması müzakirə mövzusu olub", - deyə M. Şevçoviç qeyd edib.

Qeyd edək ki, bu ilin avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.

Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR