Azərbaycanlı musiqiçinin leyblı ilə çıxış edən rusiyalı ifaçının İrəvanda konserti ləğv edilib

Azərbaycanlı musiqiçinin leyblı ilə çıxış edən rusiyalı ifaçının İrəvanda konserti ləğv edilib
# 24 avqust 2023 15:44 (UTC +04:00)

Rusiyalı ifaçı Andronun İrəvanda baş tutacaq konserti ləğv edilib.


APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, avqustun 30-na planlaşdırılan konsert sosial şəbəkələrin erməni seqmentində yayılan nəşrlərdən sonra ləğv edilib. Tədbirin təşkilatçısı alınan biletlərin pulunu geri qaytaracaqlarını açıqlayıb.

Qeyd edək ki, Andro təsisçisi azərbaycanlı musiqiçi Elman Zeynalovun olduğu "Raava Music" (- red.) leyblı ilə çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR