Ermənistanda daha bir hərbçi ölüb

Ermənistanda daha bir hərbçi ölüb
# 06 sentyabr 2016 13:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Ermənistan İstintaq Komitəsi müqavilə əsasında xidmət edən gizir Qeqam Yeqiazaryanın ölümünün səbəblərini araşdırır.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Q. Yeqiazaryanın cəsədi sentyabrın 5-də saat 15:30 radələrində yol kənarındakı qayalıqlardan tapılıb. Hadisənin baş verdiyi əraziyə baxış keçirilib, ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR