Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.
Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.