Belarus Rusiyadan daha səkkiz "Mi-35M" helikopteri alacaq

Belarus Rusiyadan daha səkkiz "Mi-35M" helikopteri alacaq
# 21 avqust 2023 00:29 (UTC +04:00)

Belarus Silahlı Qüvvələri 2023-cü ilin sonuna qədər Rusiyadan daha səkkiz "Mi-35M" helikopteri alacaq.

APA xəbər verir ki, bu barədə 50-ci hava bazasının komandiri Vladimir Skorkin STV-ə müsahibəsində bildirib.

"Biz bunu ilin sonuna qədər gözləyirik. Mi-35-lərin tam eskadronu olacaq", - deyə o bildirib.

Avqustun 17-də Belarus Müdafiə Nazirliyi Rusiyadan gətirilən dörd "Mi-35M" helikopterinin birinci partiyasının respublikaya gəldiyini elan edib. Helikopterlərin bir neçə həftə ərzində işə salınacağı gözlənilir.

"Mi-35M" çoxməqsədli hücum helikopteri "Mi-24"ün modernləşdirilmiş versiyasıdır və zirehli texnikanı, düşmənin canlı qüvvəsini məhv etmək, motoatıcı və tank bölmələrinə atəş dəstəyi, desant qoşunları və yaralıların təxliyyəsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR