İsmayıllı sakinini elektrik cərəyanı vuraraq öldürüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində rayon Elektrik Şəbəkəsinin işçisi Hüsaməddin Xusulu elektrik dirəyində təmir işləri apararkən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.