® “Bakcell” və “Unibank” “AlbuKart” adsız debet kartının əlavə üstünlüklərini açıqlayıb

<font color=red>® </font> “Bakcell” və “Unibank” “AlbuKart” adsız debet kartının əlavə üstünlüklərini açıqlayıb
# 25 oktyabr 2016 10:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkəti və “Unibank” birgə təqdim etdikləri “AlbuKart” adsız debet kartının əlavə üstünlüklərini açıqlayır.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, indi cəmi 3 manat ödəməklə 18 yaşına çatmış istənilən şəxs kampaniya çərçivəsində “AlbuKart” əldə edərək aşağıdakı üstünlükləri qazanacaq:

- SMS bankinq xidmətinə pulsuz qoşulma

- Nağdlaşdırma komissiyası cəmi 1%

- Kart əldə edərkən ona bağlı nömrəyə “Bakcell”dən 50 dəq. şəbəkədaxili danışıq hədiyyə

- “AlbuKart”la “Bakcell” nömrəsinin balansına yüklənən hər 5 manat üçün karta bağlı nömrəyə “Bakcell” tərəfindən 30 dəq. şəbəkədaxili danışıq hədiyyə

- Kartı “Unibank”da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6%-dək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti

- Alış-veriş zamanı 20%-dək cashback (ödənişin müəyyən məbləğinin geri qaytarılması)

“AlbuKart” adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradır. Kart sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt Unibank-ın cash-in ATM-ləri və eManat ödəmə terminalları vasitəsilə yükləmək olar.

“AlbuKart”ı “Unibank”ın Bakı filialları və “Bakcell”in xidmət mərkəzlərinə müraciət edərək cəmi 3 manata əldə etmək olar. “Bakcell” şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün “AlbuKart” yalnız “Bakcell” nömrəsinə qoşulmalıdır.

“AlbuKart” barədə daha ətraflı məlumat üçün keçid: http://www.bakcell.com/az/albukart

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR