"AzSığorta" şirkəti "Əmlakın yanğın və digər əlavə risklərdən sığortası" növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Ağsu rayonunun Ziya Bünyadov küçəsində yerləşən yaşayış evlərinin birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın baş verib. Şirkət əmlaka dəymiş ziyanı qarşılayaraq zərərçəkənə 40 900 manat məbləğində sığorta ödənişi edib.
Qeyd edək ki, bu ilin fevral ayında da "AzSığorta" tərəfindən iri miqyaslı sığorta ödənişi həyata keçirilib. Belə ki, dərman anbarlarının birində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə sığortalıya 300 000 manat həcmində sığorta ödəniş edilib.
"AzSığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını təsdiq edərək, ona "stable" proqnozu ilə “B” reytinqini təyin edib.