TBMM sədri: “Azərbaycan və türk diasporu daha sıx əməkdaşlıq etməlidir”

TBMM sədri: “Azərbaycan və türk diasporu daha sıx əməkdaşlıq etməlidir”
# 31 avqust 2016 10:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman Polşadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 30 avqust Zəfər bayramı münasibətilə Türkiyənin Varşavadakı səfirliyində təşkil olunmuş tədbir çərçivəsində Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və müavini Rəsul Məmmədovu qəbul edən İ. Kahraman Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb.

O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və Türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Polşada Azərbaycanlı Gənclər Şurasının təmsilçiləri isə bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Yunus Emre İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirilmiş tədbirlər barədə qısa məlumat verilib. Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi haqsız qərarının digər ölkələrdə təkrarlanmaması üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir.

Qeyd edək ki, avqustun 30-da Türkiyənin Çanaqqala müharibəsində qazandığı zəfərin 94-cü ildönümü qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR