Bank Of Baku

Astarada partlamamış 15 top mərmisi tapılıb

Astarada partlamamış 15 top mərmisi tapılıb
# 19 aprel 2018 09:28 (UTC +04:00)

Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, mərmilər şəhərin Həzi Aslanov küçəsində qazma işləri aparılarkən sakinlər tərəfindən aşkar olunub. Dərhal DİN-nin "102 zəng mərkəzi"nə məlumat verilib. Əraziyə ANAMA-nın xüsusi əməliyyat qrupu cəlb olunub. Baxış keçirilən zaman həmin yerdən tapılan sursatın 10 ədəd 82 mm-lik BK-881, 2 ədəd 107 mm-lik BK 883, 1 ədəd 82 mm-lik O-883 və 2 ədəd 73 mm-lik BK markalı top mərmiləri olduğu məlum olub.

 

Partlamamış top mərmiləri ərazidən götürülərək zərərsizləşdirmək üçün Bakı şəhərinə aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR