Çin və İran KTMT təlimlərinə müşahidəçi qismində dəvət olunub

Çin və İran KTMT təlimlərinə müşahidəçi qismində dəvət olunub
# 28 avqust 2023 12:41 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Döyüş Qardaşlığı-2023” birgə əməliyyat-strateji təlimi sentyabrın 1-dən 6-dək Belarus ərazisində keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə KTMT-nin qərargahının rəhbəri Anatoli Sidorov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, KTMT-nin Belarusda keçirilən təlimlərinə müşahidəçi qismində Səudiyyə Ərəbistanı, İran, Çin və Monqolustan nümayəndələri dəvət olunub.

Sidorov həmçinin qeyd edib ki, KTMT-nin Belarusda keçiriləcək təlimlərində əsas diqqət PUA-lardan istifadə və onlarla mübarizə tədbirləri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR