Bakı - APA -Economics. Dünya bazarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar azalaraq 50,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar azalaraq 51,95 dollar olub.