“Crocus”da terror aktında zərərçəkənlərin sayı 361-ə çatıb

“Crocus”da terror aktında zərərçəkənlərin sayı 361-ə çatıb
# 26 mart 2024 11:12 (UTC +04:00)

“Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlərin sayı artaraq 361 nəfərə çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, xilasedicilər dağıntılar yerində işlərini davam etdirirlər.

Zərərçəkənlərin sayının belə kəskin artması insanların kütləvi şəkildə psixoloji yardıma müraciət etməyə başlaması ilə izah olunur. Bəzi hallarda pasiyentlər zərər çəkən sayılırlar.

Onların əksəriyyəti yuxusuzluqdan, narahatlıqdan və yaranan psixoloji travmadan şikayətlənir.

Qeyd edək ki, martın 22-də axşam saatlarında əli silahlı dörd nəfər "Crocus City Hall"a daxil olaraq avtomat silahdan insanlara atəş açıblar və konsert salonunda yanğın törədiblər. Terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 (137 nəfər hadisə yerində) nəfər həlak olub.

Rusiya hüquq-mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində yaxalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR