ETSN: Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır

ETSN: Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır
# 07 sentyabr 2016 09:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır, proses tam dayanmayıb”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, Hacılar kəndi 45-65 metr mailliyi olan dağlıq ərazidə yerləşir: “İyul-avqust aylarında yağan güclü leysan yağışlar nəticəsində həmin ərazidə də sürüşmə baş verib. Sürüşmənin uzunluğu 300 metr, eni 50-70 metrdir, qırılma qaşının hündürlüyü isə 8-12 metrdir. Kütlənin dil hissəsi sürüşərək, kəndarası yolu tamamilə yararsız vəziyyətə salıb. Gediş-gəliş dayanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR