Ərdoğan: "Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır"

Ərdoğan: "Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır"
# 27 avqust 2019 14:54 (UTC +04:00)

"Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada işgüzar səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışında söyləyib. O, bu il Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcminin 25 mlrd. dolları keçdiyini vurğulayıb: "Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmaqdır. Rusiyadan ölkəmizə gələn turist sayında rekord göstərici qeydə alınıb. Bu il 6 milyona yaxın rusiyalı turistin ölkəmizə gəlməsini gözləyirik".

Türkiyə Prezidenti ölkəsi ilə Rusiya arasında kosmik və aviasiya sahəsində əməkdaşlıqdan da danışıb. O bu əməkdaşlığın ikitərəfli münasibətlərə impuls verəcəyini qeyd edib.

R. T. Ərdoğan göstərdiyi qonaqpərvərliyə görə Vladimir Putinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR