Bakı. Türbət Bağırova-APA. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer fevralın 2-də Tehrana rəsmi səfər edəcək. APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səfərin əsas məqsədi Ər Riyad və Tehran arasında danışıqlar üçün əsas yaradılmasıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər yanvarın 2-də Səudiyyə Ərəbistanında Nimr əl Nimr də daxil olmaqla 47 şiə din xadiminin edamından sonra pisləşib. Krallığın Məşhəd və Tehrandakı nümayəndəliklərinə baş verən hücumlardan sonra Ər Riyad İranla diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib.