Ermənistan KTMT PA-nın "Crocus"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb

Ermənistan KTMT PA-nın "Crocus"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb
# 27 mart 2024 15:55 (UTC +04:00)

Ermənistan KTMT PA-nın "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə spiker Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bildirib.

O, Ermənistanın təşkilatda iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadığını deyib.

Qulyan vurğulayıb ki, üzvlükdən imtina yalnız KTMT faktoru ilə bağlıdır: “Parlamentin spikeri öz Telegram kanalında başsağlığı verib, spiker müavini isə Cenevrədəki çıxışında terror aktını pisləyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR