Ermənistanda avtomobil qəzasında 2 hərbçi ölüb

Ermənistanda avtomobil qəzasında 2 hərbçi ölüb
# 21 avqust 2022 23:46 (UTC +04:00)

Ermənistanın Sünik vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Ermənistan KİV-lərinə istinadla xəbərinə görə, Ararat vilayəti sakini Fərhad Akopyanın idarə etdiyi avtomobil Qafan şəhərində yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü və bir sərnişin ağır yaralanıb, digər sərnişin hadisə yerində ölüb. Həkimlərin səylərinə baxmayaraq xəstəxanaya yerləşdirilən sərnişin də dünyasını dəyişib.

Avtomobilin sürücüsü və sərnişinlər eyni yerdə xidmət keçən hərbçilər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR