Ermənistanda bank əməkdaşları 4 milyon dollardan yuxarı vəsait oğurlayıb

Ermənistanda bank əməkdaşları 4 milyon dollardan yuxarı vəsait oğurlayıb
# 14 avqust 2023 12:57 (UTC +04:00)

Ermənistanda bank əməkdaşları 4 milyon dollardan yuxarı vəsait oğurlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan banklarından birinin inkassasiya xidmətinin əməkdaşları və işçiləri bankomatları doldurarkən 1,6 milyard dram (4 milyon dollardan çox) vəsait oğurlayıblar.

Məlumata əsasən, Bankın və “Ermənistan İnkassasiya Xidməti” şirkətinin əməkdaşları təxminən 160 dəfə oğurluq edib. Onlar həmin vəsaitlərlə daşınar əmlak alıblar, sonra isə üçüncü şəxslərin köməyi ilə pula çeviriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR