Ermənistanda COVID-19-dan ölənlərin sayı 7874 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 7874 nəfərə çatıb
# 16 dekabr 2021 11:54 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 180 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 343 157 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 18 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7874 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR