Ermənistanda mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər xəsarət alıb

Ermənistanda mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər xəsarət alıb
# 17 dekabr 2023 15:54 (UTC +04:00)

Ermənistanda mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər xəsarət alıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 12.00-da Tavuş vilayətində İcevan-Göyçə-İrəvan yolunda “QAZel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Toqquşmadan sonra “QAZel” aşıb və yol qismən bağlanıb.

Qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR