Ermənistanın İsraildəki sabiq səfirinin oğlu gələn ayın sonuna qədər həbsdə qalacaq

Ermənistanın İsraildəki sabiq səfirinin oğlu gələn ayın sonuna qədər həbsdə qalacaq
# 11 avqust 2023 18:37 (UTC +04:00)

Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan sentyabrın 30-a qədər həbsdə qalacaq.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Prokurorluğun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd etdiyi bildirilib.

Qeyd edək ki, Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan iyulun 29-da saxlanılıb. Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəydiyi güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR