Ermənistanın İsraildəki sabiq səfirinin oğlunun cinayət təqibi dayandırılıb

Ermənistanın İsraildəki sabiq səfirinin oğlunun cinayət təqibi dayandırılıb
# 30 oktyabr 2023 16:47 (UTC +04:00)

Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanın oğlu Sergey Smbatyanın cinayət təqibi dayandırılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, dirijor Sergey Smbatyan tərəfindən İrəvanın mərkəzindəki musiqi məktəbinin qanunsuz satışından dövlətə dəymiş ziyan qismən ödənilib və 500 min dollardan çox vəsait büdcəyə qaytarılıb.

Həmçinin əlavə olunub ki, sabiq mədəniyyət naziri Asmik Poqosyana qarşı açılan cinayət işi müxtəlif icraatlara ayrılaraq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR