Ermənistanın xarici işlər və müdafiə nazirləri təyyarə nasazlığı səbəbindən Düşənbəyə uça bilməyib

Ararat Mirzoyan

© APA | Ararat Mirzoyan

# 15 sentyabr 2021 17:43 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təyyarənin nasazlığı səbəbindən Düşənbəyə uça bilməyib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.

O bildirib ki, buna baxmayaraq, A. Mirzoyan sentyabrın 16-da Tacikistana yola düşəcək.

Qeyd edək ki, bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər və müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri Şurasının iclası keçirilib. İclasda Ermənistanın xarici işlər və müdafiə nazirləri iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR