APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də saat 20 radələrində Göyçay rayonunun Bığır kəndində rayon sakini Novruz Əhmədovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Namiq Məlikovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Əhmədov orada ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.