Bir neçə mehmanxanaya dərəcə sertifikatları verilib

Bir neçə mehmanxanaya dərəcə sertifikatları verilib
# 23 avqust 2016 09:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi bəzi mehmanxanalara dərəcə sertifikatları verib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Avqustda Bakı şəhəri və respublika ərazisində yerləşən 11 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:

“CHINAR Hotel & Spa Naftalan” mehmanxanası – (5 ulduz);

“El Resort” mehmanxanası – ( 5 ulduz)

“Ayan Palace” mehmanxanası - (5 ulduz);

“Kür Hotel” mehmanxanası – (4 ulduz);

“Ober-Lux” mehmanxanası – (4 ulduz);

“Elfaro” mehmanxanası – (4 ulduz).

“Atlant” mehmanxanası – (4 ulduz);

“AF Hotel” mehmanxanası – (4 ulduz);

“Afra Hotel” mehmanxanası – (4 ulduz);

“Opera Hotel” mehmanxanası – (4 ulduz);

“Lotos” mehmanxanası – (3 ulduz)

Nazirlikdən əlavə ediblər ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR