Bakıda evdən xeyli miqdarda pul oğurlanıb.
APA-nın Daxili İşlər Nzzytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bakı şəhər sakini Maral Əsgərovanın evindən 1200 manat və 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, Ramin Soltanov saxlanılıb.
Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilib.