Balakəndə 26 yaşlı oğlan özünü bıçaqlayıb

Balakəndə 26 yaşlı oğlan özünü bıçaqlayıb
# 31 avqust 2016 07:52 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə 26 yaşlı oğlan intihara cəhd edib.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 30-da saat 22:30 radələrində rayonun Poçtbinə kənd sakini 1990-cı il təvəllüdlü Tinov Musa oğlu Zaxmayev bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Tinov Zaxmayev yaşadığı evdə intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Tinov Zaxmayevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR