Bakıda 27 yaşlı gənc müəmmalı şəkildə bıçaqlanıb

Bakıda 27 yaşlı gənc müəmmalı şəkildə bıçaqlanıb
# 12 yanvar 2016 22:21 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə rayonun Bəhruz Nuriyev ev  12 ünvanında qeydə alınıb.  1989-cü il təvəllüdlü Şükürov Əfqan Elvin oğlu qarın nahiyəsinin bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o, əməliyyata alınıb.  Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.

 

Hadisə barədə polis məlumatlandırılıb.  Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda polis 27 yaşlı gəncin kimlər tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR