Bakıda mənzillərdən oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşlarına hökm oxunub

Bakıda mənzillərdən oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşlarına hökm oxunub
# 01 noyabr 2016 08:26 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları - İrakli Bujalava, Ramil Bayramov və Gelandiya Zazanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Bujalava 12 il, G. Zaza 11 il, R. Bayramov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda mənzillərdən oğurluq etməkdə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR