FTX Kaluqa vilayətində terror aktının qarşısını alıb

FTX Kaluqa vilayətində terror aktının qarşısını alıb
# 29 avqust 2023 10:59 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti Kaluqa vilayətində terror aktının qarşısının alındığını açıqlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, qurum vilayət ərazisində yerləşən kritik infrastruktur obyektində terror aktı həyata keçirməyi planlaşdıran şəxsin saxlanıldığını bildirib.

Qeyd olunub ki, saxlanılan şəxs terror aktından sonra Ukraynaya getməyi və Azova qoşulmağı planlaşdırıb.

FTX həmin şəxsin Ukrayna tərəfinin nümayəndələri ilə əlaqə saxladığını və Kiyevin göstərişi ilə mühüm infrastruktur obyektində terror aktı törətməyi planlaşdırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR