Tovuz rayon sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Yusifov Fikrət Sarı oğlu sağ qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxs sərxoş olduğu üçün hansı şəraitdə bıçaqlandığını öyrənmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.