Elmar Məmmədyarov Maldiv xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Maldiv xarici işlər naziri ilə görüşüb
# 18 oktyabr 2016 12:30 (UTC +04:00)

Bakı – APA. İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar. İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə də söhbət açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR