Gürcüstanda seçkilərin ikinci turu başa çatıb

Gürcüstanda seçkilərin ikinci turu başa çatıb

© APA | Gürcüstanda seçkilərin ikinci turu başa çatıb

# 30 oktyabr 2021 20:09 (UTC +04:00)

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, səhər 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 39,5% (825 129 seçici) təşkil edib.

Seçki prosesi əksər məntəqələrdə sakit şəraitdə keçsə də, bəzi bələdiyyələrdə hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat”partiyalarının tərəfdarları arasında qarşıdurmalar baş verib.

Qeyd edək ki, bu günkü seçkilərin nəticələri əsasında 5 böyük şəhərin (Tbilisi, Rustavi, Batumi, Kutaisi, Poti) və 15 bələdiyyənin meri, həmçinin 24 seçki dairəsi üzrə şəhər şuralarına (sakrebulo) 42 majoritar deputat müəyyənləşdiriləcək. Seçkilərin ikinci mərhələsində 2 milyon 88 min 722 nəfər Gürcüstan vətəndaşının səsvermə hüququ olub.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin birinci turu oktyabrın 2-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR