Gürcüstanın Baş Prokurorluğu deputatın həbsi üçün Apellyasiya Məhkəməsinə müraciət edəcək

Gürcüstanın Baş Prokurorluğu deputatın həbsi üçün Apellyasiya Məhkəməsinə müraciət edəcək
# 28 iyun 2019 11:36 (UTC +04:00)

Gürcüstanın Baş Prokurorluğu Vahid Milli Hərəkat Partiyasının toxunulmazlığı ləğv edilmiş deputatı Nika Melianın girov müqabilində azadlığa buraxılmasına etiraz edib.

APA-nın yerli bürosu xəbər verir ki, prokurorluq Tbilisi Şəhər Məhkəməsinin müvafiq qərarını Apellyasiya Məhkəməsinə verəcəyini açıqlayıb.

Qeyd edək ki, ötən gün Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Melia Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 30 min lari girov müqabilində azadlığa buraxılıb.

N.Melia iyunun 20-21-də Rustaveli prospektində baş tutan nümayişlər zamanı polislə vətəndaşlar arasında qarşıdurmanı yaratmaqda, ona liderlik etməkdə və iştirakda günahlandırılır. Məhkəmənin prokurorluq tərəfindən irəli sürülən bütün ittihamları qəbul edəcəyi təqdirdə N.Melianı 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR