Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin sentyabrın 21-də keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, imtahanda 57 həkim iştirak edib. Onlardan 7-i imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.