İstintaq zamanı İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri, polis mayoru İbrahim Elcarkiyevin qətlində şübhəli bilinən şəxsin 46 yaşlı İnquşetiya sakini Kureyş Katoyev olduğu müəyyən edilib.
APA-nın Moskva müxbirinin Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, K. Katoyevin hadisədən sonra Moskva-Xasavyurt avtobusu ilə Dağıstana getdiyi ehtimal olunur.
Qeyd edək ki, noyabrın 2-də Moskvanın Akademik Anoxin küçəsində silahlı insident nəticəsində İnquşetiya Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev və qardaşı odlu silahla qətlə yetirilib.