“Bank BTB” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 237,290 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,1% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 55% artaraq 146,907 mln. manat olub.
Depozit portfeli son bir ildə 96,14% azalaraq 53,780 mln. manat, əhalinin əmanətlərinin həcmi isə 51,651 mln. manat olub ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir. Öhdəliklərin həcmi isə hesabat dövrü ərzində 86,5% artaraq 197,953 mln. manata çatıb.
Bankın məcmu kapitalı 52,841 mln. manat, nizamnamə kapitalı isə 52 mln. manat təşkil edib.
Hesabat dövründə bankın gəlirləri 5,639 mln. manat, xərcləri isə 3,856 mln. manat olub.
Bank cari ilin 9 ayını isə 12 mln. 360,9 mln. manatlıq zərərlə başa vurub.