İran vətəndaşı Ermənistanda həbsxanada öldürülüb

İran vətəndaşı Ermənistanda həbsxanada öldürülüb
# 25 oktyabr 2023 13:05 (UTC +04:00)

Ermənistanda həbsxanada 67 yaşlı İran vətəndaşı öldürülüb.

APA Shamshyan.com-a istinadən xəbər verir ki, oktyabrın 21-də saat 06:30 radələrində polisə komada olan əcnəbinin xəstəxanada öldüyü barədə siqnal daxil olub.

Mərhumun 67 yaşlı İran vətəndaşı Vanud Aradinejad olduğu müəyyən edilib.

Həmin şəxsin məhkumlar üçün olan xəstəxanadan gətirildiyi bildirilib.

Hadisə ilə bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR