Bakıda 70 yaşlı kişi yanaraq ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 9-da 70 yaşlı Nurəddin İbrahimov evlərində elektrik qızdırıcısının üzərinə yıxılaraq yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən N.İbrahimov noyabrın 17-də orada ölüb.