İstintaq Duqinanın qətlində digər şəxslərin iştirakını istisna etməyib

İstintaq Duqinanın qətlində digər şəxslərin iştirakını istisna etməyib
# 23 avqust 2022 18:41 (UTC +04:00)

Rusiya İstintaq Komitəsi jurnalist və politoloq Darya Duqinanın qətli ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat yayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, İstintaq Komitəsi Duqinanın qətlində digər şəxslərin iştirakının olduğunu istisna etməyib.

“Əməliyyat-axtarış tədbirləri zamanı bu cinayətdə Ukrayna vətəndaşı Nataliya Vovkun iştirakı müəyyən edilib, hansı ki, o, zərərçəkmişin yaşadığı evdə müşahidə üçün mənzil kirayələyib. Həmin mənzildə istintaq araşdırmasından ötrü vacib olan əşyaların tapılması üçün axtarış aparılır. Vovkun icarəyə götürdüyü qaraj da müəyyən edilib, orada da axtarış aparılır”, - deyə məlumatda qeyd olunub.

İstintaq Komitəsindən bildiriblər ki, lazımi ekspertizalar aparılır, videokameralardakı yazılar öyrənilir: “İstintaq Natalya Vovku axtarışa verməyi planlaşdırır. Bu cinayətin törədilməsində əli ola biləcək digər şəxslər müəyyənləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR